Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik qeydə alınmalıdır
Bakı, 4 oktyabr, AZƏRTAC
Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliklə əlaqədar dəyişikliyin baş verdiyi andan 40 iş günündən gec olmayaraq “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında” ərizə ilə müraciət edilməlidir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.
Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı - ərizə, təsisçinin (təsisçilərin) qərarı, nizamnaməyə dəyişiklik, təsisçi dəyişikliyi zamanı yeni təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd, hüquqi ünvan dəyişikliyi zamanı yeni hüquqi ünvanı təsdiq edən sənəd və ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd təqdim olunur.
Dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması zamanı - ərizə, təsisçinin (təsisçilərin) qərarı, idarəetmə orqanlarının tərkibində dəyişiklik olunduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd və ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd təqdim edilir.
Dəyişiklik barədə 40 iş günü müddətində qeydiyyat orqanına müraciət edilməməsi İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]