Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib YENİLƏNİB 2
Bakı, 16 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Kutaisidə “Torpedo” (Gürcüstan) və “Zirə” komandaları arasında cavab oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi “Şengelia Arena”da keçirilən görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edib.
Hesabı 25-ci dəqiqədə Eren Aydın açıb. Müdafiəçi Amin Seydiyev 39-cu dəqiqədə ikinci dəfə meydan sahiblərini cəzalandırıb. Matçda son nöqtəni 70-ci dəqiqədə dubla imza atan Eren Aydın qoyub.
“Qartallar” iki oyunun nəticəsinə əsasən rəqibini 6:0 hesabı ilə üstələyib.
Rəşad Sadıqovun komandası ikinci raundda “Payde” (Estoniya) kollektivi ilə üz-üzə gələcək.
21:07
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Kutaisidə “Torpedo” (Gürcüstan) və “Zirə” komandaları arasında cavab oyununda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi “Şengelia Arena”da keçirilən görüşün ilk yarısından sonra 2:0 hesabı ilə qalib gəlir.
Qolları 25-ci dəqiqədə Eren Aydın və 39-cu dəqiqədə Amin Seydiyev vurub.
Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Sumqayıtda baş tutan ilk oyunda “Zirə” 3:0 hesablı qələbə qazanıb.
20:01
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Kutaisidə “Torpedo” (Gürcüstan) və “Zirə” komandaları arasında cavab oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, “Şengelia Arena”da keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Sumqayıtda baş tutan ilk oyunda “Zirə” 3:0 hesablı qələbə qazanıb.