Konqoda etirazların yatırılması əməliyyatına rəhbərlik edən iki zabit həbs olunub
Bakı, 6 sentyabr, AZƏRTAC
Konqo Demokratik Respublikasının şimal-şərqində Birləşmiş Millətlər Təşkilatına qarşı planlaşdırılan etirazların yatırılmasına rəhbərlik edən iki yüksək rütbəli hərbçi həbs olunub. Aksiyaların dağıdılması 56 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “AlJaazira” məlumat yayıb. Ölkənin daxili işlər naziri Piter Kazadi bildirib ki, polis bazar ertəsi zorakılığın baş verdiyi Qomada Respublika Qvardiya Bölməsinə və KDR silahlı qüvvələri alayına rəhbərlik edən komandirlər Mayk Mikombe və Donat Bavilini həbs edib.
“Biz heç nəyi gizlətməkdə maraqlı deyilik. Bütün həqiqətlər məlum olacaq”, - deyən Kazadi, baş vermiş hadisənin hərtərəfli araşdırılacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]