Konstitusiya Məhkəməsi cənub bölgəsində test imtahanları keçirir
Lənkəran, 5 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi noyabrın 5-dən başlayaraq cənub bölgəsinin 4 rayonunda - Lənkəranda, Masallıda, Lerikdə və Astarada tələbə və şagirdlərin hüquqi biliklərinin səviyyəsini öyrənmək məqsədi ilə test imtahanları keçirir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Konstitusiya Məhkəməsinin konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədovanın rəhbərliyi etdiyi nümayəndə heyəti Lənkəranda olmuşdur.
Lənkəranın rayonunun altı orta ümumtəhsil məktəbində, Lənkəran Dövlət Humanitar Kollecində və Lənkəran Dövlət Universitetində imtahanlar təşkil edilmişdir.
Konstitusiya Məhkəməsinin mülki hüquq şöbəsinin müdir müavini Səlahəddin Əliyev bildirmişdir ki, 50 sualdan ibarət test imtahanlarında rayon üzrə ümumilikdə 220 şagird və tələbə iştirak etmişdir. Təqdim olunan suallar əsasən “Vətəndaşların hüquq və azadlıqları”, “Hakimiyyət bölgüsü” və digər mövzuları əhatə etmişdir.
Bir saat davam edən imtahanlarda düzgün cavablandırılan hər bir sual 2 balla qiymətləndiriləcəkdir. Nəticələr noyabrın 8-də dörd rayonda imtahanlar başa çatdıqdan sonra açıqlanacaqdır.
Test imtahanlarında yüksək nəticə göstərən şagird və tələbələrə diplomlar, kuboklar, qiymətli hədiyyələr təqdim ediləcəkdir.
İmtahanlarda cənub bölgəsindən ümumilikdə 600 şagird və tələbənin iştirakı nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]