Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Bakı, 12 fevral, AZƏRTAC
Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.
Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 5-nə təyin edilmiş iclasında baxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:13]