Azərbaycan Dövlət İnformasiya Agentliyi

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib YENİLƏNİB 2

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolunun Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, seçki məcəlləsinin tələblərinə uyğunluğu və seçkilərin yekunlarının təsdiq olunmasına dair xüsusi konstitusiya icraatı qaydasında MSK-dan daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan edib.

İclasda məruzəçi qismində çıxış edən hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılmış və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib və həmin gün seçkilər keçirilib. Seçki məcəlləsinin 171.2 maddəsinə əsasən MSK səsvermə günündən ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını, bu məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə yoxlayır və 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiyanın 86-cı maddəsinə görə Milli Məclisə seçkilərin nəticələrinin düzgünlüyünü ümumi qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiqləyir. Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın, habelə dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə sentyabrın 16-da Konstitusiya Məhkəməsinə təqdim edib.

Konstitusiya Məhkəməsinin digər məruzəçi hakimi Kamran Şəfiyev çıxışında işdə olan materialların mahiyyəti və Konstitusiya Məhkəməsinin bu məsələyə hazırlıq mərhələsində gördüyü tədbirlər haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi seçki məcəlləsinin 171.3-cü, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddələrinə uyğun olaraq, MSK tərəfindən təqdim edilmiş sənədlərin seçki məcəlləsinə uyğunluğunun yoxlanılması üçün mütəxəssislər cəlb edib, Bakı, Sumqayıt, Gəncə, Şirvan və Şəki Apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Prokurorluğunun seçki hüquqlarının müdafiəsi, seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb edib.

Bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinə seçkilərlə bağlı 22 ərizə daxil olub. Onlardan 16 iş üzrə iddia təmin edilməyib, 4-ü aidiyyəti üzrə baxılması üçün digər Apellyasiya məhkəmələrinə göndərilib, 2 iş üzrə iddia isə uyğun sayılmayıb.

Sumqayıt Apellyasiya Məhkəməsinin məktubuna əsasən seçkilərlə bağlı 8 ərizə daxil olub. Bundan əlavə, Gəncə Apellyasiya Məhkəməsinə 1, Şirvan Apellyasiya Məhkəməsinə 10, Şəki Apellyasiya Məhkəməsinə 5, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə 1, Ali Məhkəməyə isə 11 ərizə daxil olub.

Namizədlərin qeydiyyata alınması, təşviqat və təbliğat zamanı Azərbaycan Respublikası Baş Prokurorluğuna 13 müraciət və məlumat daxil olub. Onlardan 6-sı üzrə cinayət işinin başlanılması rədd edilib, digər müraciətlər isə aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilib.

Vurğulanıb ki, eyni zamanda, seçkilər günü daxil olan 14 müraciət üzrə cinayət işinin başlanılması rədd edilib. On müraciət isə aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilib.

Müraciətlər əsasında məhkəmələrdə baxılan işlər seçkilərin ümumi nəticələrinə dair MSK-nın protokoluna heç bir təsir göstərməyib. Bu orqanlara daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılıb.

Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə danışıb. MSK sədri deyib ki, 2024-cü il iyunun 28-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər elan olunub və 2024-cü il sentyabrın 1-nə təyin edilib. Həmin gün seçkilər keçirilib. Seçki Məcəlləsinə uyğun olaraq, seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan olan MSK dərhal fəaliyyətə başlayıb və təqvim planını təsdiqləyib.

Bildirilib ki, müxtəlif seçki subyektlərinin, media təmsilçilərinin, aşağı seçki komissiyasının üzvlərinin maarifləndirilməsi istiqamətində müxtəlif səpkili tədbirlər keçirilib. Seçkilər elan edildikdən sonra deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi başlayıb. Seçki hüququ olan bütün vətəndaşlar üçün lazımi şərait yaradılıb.

MSK sədri əlavə edib ki, bülletenlər vaxtında hazırlanaraq məntəqə seçki komissiyalarına çatdırılıb. Milli Məclisə seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib.

Qeyd edilib ki, Milli Məclisə seçkiləri çoxsaylı müşahidəçilər və beynəlxalq media təmsilçiləri izləyiblər. Respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində səsvermə prosesini internet vasitəsilə canlı izləməyə imkan verən veb-kameralar quraşdırılıb. MSK-ya səsverməyə qədər və sonra daxil olan müraciətlər araşdırılıb, onlarla bağlı müvafiq qərarlar qəbul edilib.

Müxtəlif mənbələrdən - sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər, “qaynar xətt”ə daxil olan məlumatlar araşdırılıb və ümumilikdə 21 seçki dairəsi üzrə 46 məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib.

MSK, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı yol verdikləri nöqsanlara görə 35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib.

Sentyabrın 16-da MSK-nın iclası keçirilib, yekun protokol tərtib edilib və təsdiqlənib. Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb. Səsvermə və seçki prosesləri Seçki Məcəlləsinin tələbinə uyğun keçirilib. Baş verən pozuntularla bağlı MSK tərəfindən müvafiq addımlar atılıb və bu, yekun sənədlərdə əksini tapıb.

Daha sonra Məzahir Pənahov sualları cavablandırıb, Plenumun iclasında iştirak edən ekspert və mütəxəssislərin rəyləri dinlənilib.

Eyni zamanda, iclasda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov ekspert qismində çıxış edib.

Tədbirdə, həmçinin Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Fərid Əhmədovun çıxışı dinlənilib.

Bildirilib ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi yekunlarına dair 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş 125 dairə seçki komissiyasının protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə tam uyğun tərtib edilib. Bu, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrini təsdiqləməyə əsas verir.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

İclasın sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclisə seçkilərin nəticələrinə dair yekun qərarı elan edib.

Qərara əsasən, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri təsdiqlənib.

Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtın 8 Noyabr prospektində təmir işləri həyata keçiriləcək

“Tasnim”: İran və Oman Hörmüzdə gəmiçiliklə bağlı razılığa gəliblər

Çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində finalçılar məlum olub

Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

® Mərkəzi Gömrük Hospitalı tibbi innovasiyaların tətbiq olunduğu qabaqcıl səhiyyə ocağıdır

Pərvin Əzizli: Gənclər yalnız problemlər haqqında danışmalı deyil, konkret həllər təklif etməlidirlər

Bakıda keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu başa çatıb

Olimpiadalarda uğur qazanan gənc riyaziyyatçı: Elə gün olurdu ki, 10 saat hazırlaşırdım

Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb

Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olunub

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

Qarabağa və Şərqi Zəngəzura bu il 400 mindən çox xırdabuynuzlu heyvan köçürülüb

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq

Kəlbəcər şəhər parkının layihələndirilməsi yekunlaşıb

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

Azad edilmiş ərazilərdə 3 min hektardan çox sahədə müasir suvarma sistemləri tətbiq olunur

Bu il Kəlbəcərə 400 mindən çox heyvan köçürüləcək

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb

Nazir: Ötən il arıçılıq məhsullarının respublika yarmarkasında 83,5 ton məhsul satılıb

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Bu saata olan əsas xəbərlər

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb

XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib

Prezidentin xüsusi nümayəndəsi: Kəlbəcərdə arıçılıq yeni mərhələyə qədəm qoyur

Bəşir Hacıyev: Kəlbəcər böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir

Məcnun Məmmədov: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirmək əsas hədəflərdəndir

Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – YENİLƏNİB

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Moldovada Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib

Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

ÜST-nin Baş direktoru: Dünyada hər 4 nəfərdən 1-i təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi sentyabrın 16-da yenidən aktivləşəcək

Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb

Paytaxtda yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü saxlanılıb

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

UNEC-də tələbələr üçün myUNEC mobil tətbiqi istifadəyə verilib

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Bilik Günündə 522 şagird yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi istifadəyə veriləcək

Süni intellekt “Navye-Stoks bərabərliyi” tənliyini həll edib, amma riyaziyyatçılar narahatdır

Nazir: Kəlbəcərdə keçirilən II Bal Festivalında 40-a yaxın stend qurulub

Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər

İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Fəxriyyə Xələfova: “Sıfır tullantı” Azərbaycan moda sənayesi üçün real və davamlı iqtisadi modelə çevrilə bilər

Qərbi Azərbaycan İcmasında Vətən, dəyərlər və gələcək mövzusunda görüş

Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub

Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək

“Gazelli Art House Baku”da müzakirə: “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs”

Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib

Səfir: Şuşaya vurulmuşam VİDEO

Səfir: Şuşaya vurulmuşam VİDEO

Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb

BOKT vəsaitlərinin aidiyyəti şəxslərə yönəldilməsinin qarşısının alınması nəzərdə tutulur

Sabahın hava proqnozu açıqlanıb

BOKT öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd müəyyənləşdirilib

Şirvanda oğurluq edən şəxs saxlanılıb

Azərbaycan neftinin qiyməti 120 dolları ötüb

16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub

Türk dünyasının ədəbi-mədəni irsi ilə bağlı araşdırmalar təqdim olunub

Bu saata olan əsas xəbərlər

Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu. BDYPİ-dən xəbərdarlıq!

Qərbi Azərbaycan İcmasında bu il ali məktəblərə qəbul olmuş bir qrup gənclə görüş keçirilib

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

“Ulduz” metro stansiyasının qarşısından keçən yola asfalt örtüyü döşənir

DİN: 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakıda mühüm simpozium: “Altayşünaslığın dünəni, bu günü və sabahı”

Zaqatalada yanğınla bağlı taktiki təlim keçirilib

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Fransada yanacaq bahalaşır: “Sarı jiletlilər” yenidən küçələrə çağırılır

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Sentyabrın 12-si Ümumdünya İlk Tibbi Yardım Günüdür

Bu gün Beynəlxalq Miqrenlə Mübarizə Günüdür

Britaniya Ordusu kəşfiyyat üçün kamuflyajlı atları sınaqdan keçirir

Tramp İrlandiyada Avropa liderləri ilə görüşəcək

Husilər Bab əl-Məndəb boğazındakı Perim adasını ələ keçiriblər

Tramp: Kanada avtomobil sənayesini qorumaq üçün ABŞ ştatına çevrilməlidir

Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatıb

ABŞ Rusiyanı G20 enerji nazirlərinin görüşünə dəvət edib

İsrail və Livan arasında Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəmərinə İraq ərazisindən hücum edilib

İndoneziya sahillərində güclü zəlzələ baş verib

MKİ 11 sentyabr terror hücumları ilə bağlı 71 sənədi açıqlayıb

Husilər: Hava zərbələri nəticəsində son bir həftədə 44 mülki şəxs ölüb

Pezeşkian: İran ABŞ-nin təzyiqi qarşısında təslim olmayacaq

Almaniyada ifrat sağçı siyasətçinin deportasiya ilə bağlı açıqlaması kəskin reaksiyalara səbəb olub

Media: İsrail qüvvələri Dəməşqin qərbindəki kəndi atəşə tutub

Fransanın şimalında qatar relsdən çıxıb, 20 nəfər yaralanıb

Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib