Azərbaycan Dövlət İnformasiya Agentliyi

Konstitusiyamız – dövlət müstəqilliyimizin əbədi təminatı

Konstitusiyamız – dövlət müstəqilliyimizin əbədi təminatı

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan xalqının tarixində elə sənədlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, dövlətçilik yolumuzun istiqamətini müəyyən edir. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası da məhz belə tarixi sənədlərdəndir. Bu sənəd müstəqil dövlətimizin ideoloji, siyasi və mənəvi təməl daşı, xalq iradəsinin rəmzidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib. O qeyd edib ki, müasir Azərbaycan Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq ümumxalq səsverməsi nəticəsində qəbul olunub. Bu, sadəcə hüquqi sənədin qəbul edilməsi deyildi, əslində, azad, müstəqil və suveren Azərbaycanın gələcək taleyinin yazılması idi. Prezident İlham Əliyevin sözləri ilə desək, “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”.

“Azərbaycanın konstitusiya tarixinin kökləri XX əsrin əvvəllərinə gedib çıxır. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul etməyə macal tapmasa da, xalqın müstəqillik arzusu o dövrdə özünü bütün gücü ilə büruzə verdi. Sonrakı illərdə – sovet dönəmində 1921-ci, 1927-ci, 1937-ci və 1978-ci illərdə qəbul olunmuş konstitusiyalar Azərbaycan SSR-in hüquqi statusunu müəyyənləşdirsə də, həmin sənədlər o dövrün ideoloji məhdudiyyətləri çərçivəsində formalaşmışdı. Bununla belə, 1978-ci il Konstitusiyasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə daxil edilən “Azərbaycan dilinin dövlət dili olması” maddəsi milli kimliyimizin qorunmasında dönüş nöqtəsi oldu.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə dərin siyasi və sosial böhran içində idi. Qanunçuluq pozulmuş, idarəetmə mexanizmləri dağılmışdı. 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni xaosdan çıxardı, dövlətçiliyi xilas etdi, sabitlik və hüquqi nizam yaratdı. Məhz həmin sabitlik yeni Konstitusiyanın hazırlanması üçün zəruri zəmin oldu. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın lehinə səs verdi. Beləliklə, Azərbaycan tarixində ilk dəfə xalqın iradəsi ilə öz dövlətinin gələcəyi hüquqi şəkildə təsbit edildi. Bu gün həmin tarix milli yaddaşımıza Konstitusiya Günü kimi həkk olunub”, - deyə müsahibimiz əlavə edib.

Deputat vurğulayıb ki, Konstitusiyanın qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biridir. Bu sənəd müstəqil dövlət quruculuğunu tənzimləyən, demokratik inkişafa təminat verən, insan hüquqlarını və azadlıqlarını qoruyan mükəmməl hüquqi baza yaratdı.

Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin hüquqi dövlətin əsas prinsiplərini, o cümlədən hakimiyyət bölgüsünü, qanunların aliliyini, vətəndaşların bərabərliyini, insan hüquqlarının toxunulmazlığını müəyyən etdi. Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquq və azadlıqlarına həsr edilib. Bu, dövlətin vətəndaşa münasibətində humanist yanaşmanın, demokratiyanın və hüquqi düşüncənin ən bariz ifadəsidir.

Müstəqilliyimizin bərpasından bu yana keçən illər ərzində Azərbaycan Konstitusiyasının dövlətin inkişafını, sabitliyini və hüquqi sistemin təkmilləşməsini təmin edən əsas dayaqlardan biri olduğunu vurğulayan E.Akimova bildirib ki, xüsusilə 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün tam bərpa edilməsi Konstitusiyanın real qüvvəsini bütün torpaqlarımızda bərqərar etdi. Bu, yalnız hərbi və siyasi uğur deyil, həm də Konstitusiyanın bəyan etdiyi milli suverenliyin tam şəkildə həyata keçməsidir.

Məhz bu səbəbdən Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olundu. Bu qərar həm Konstitusiyamızın qəbulunun 30 illiyi, həm də Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi münasibətilə dövlətçilik tariximizin iki ən uca zirvəsini birləşdirir. Bu il, həmçinin Prezidentin təşəbbüsü ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilib. Bu medal ölkəmizin hüquq sisteminin inkişafına, Konstitusiyanın aliliyinin təmininə, dövlət müstəqilliyinin möhkəmlənməsinə, insan hüquqlarının müdafiəsinə və konstitusion dəyərlərin təbliğinə mühüm töhfə vermiş şəxslərə təqdim ediləcək.

“Bu gün Azərbaycan dövləti öz inkişaf yolunu Konstitusiyanın prinsiplərinə əsaslanaraq inamla davam etdirir. Qanunun aliliyi, vətəndaş azadlığı, sosial ədalət, dövlət suverenliyi kimi dəyərlər artıq təkcə hüquqi terminlər deyil, hər bir vətəndaşın gündəlik həyatında hiss etdiyi reallıqdır.

Konstitusiyamız xalqımızın azadlıq iradəsinin, dövlət müstəqilliyinin və milli birliyinin ali simvoludur. 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü təkcə hüquqi bayram deyil, həm də milli kimliyimizin, dövlətçiliyimizin, suverenliyimizin bayramıdır. Bu sənədin müəllifi Ulu Öndər Heydər Əliyevin uzaqgörən ideyaları və Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti sayəsində Azərbaycan bu gün regionun ən güclü, ən sabit və ən hüquqi dövlətlərindən birinə çevrilib.

Konstitusiyamız – dövlətimizin vicdanı, xalqımızın iradəsi və gələcək nəsillərə əmanət olan müqəddəs and yeridir”, - deyə deputat fikrini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub