Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Könüllü gömrükçü” dəstəsinin fəaliyyəti gənclər arasında kifayət qədər rəğbət qazanıb

Bakı, 3 iyun, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin (DGK) könüllülük hərəkatına yeni qoşulmasına baxmayaraq, “Könüllü gömrükçü” dəstəsinin fəaliyyəti gənclər arasında kifayət qədər rəğbət qazanıb. Müraciətlərin kəskin artım dinamikası bu rəğbəti əyani sübut edir. Təkcə onu qeyd etmək kifayətdir ki, 3-cü “Könüllü gömrükçü” dəstəsinə üzv olmaq üçün komitənin rəsmi internet saytında yaradılan elektron portal vasitəsilə ölkənin əksər aparıcı təhsil ocaqlarının tələbə və məzunu olan 550-dək gənc qeydiyyatdan keçib, qəbul olunan müraciətlər tam şəffaf şəkildə dəyərləndirilib və müraciət edən bütün gənclərə müsahibəyə qatılmaq imkanı yaradılıb. Bu sözləri AZƏRTAC-a müsahibəsində Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyev deyib.

- Gömrük Komitəsində “Könüllü gömrükçü” dəstələrinin yaradılması istiqamətində hansı işlər görülüb?

- Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də, könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin bu sahədəki uzaqgörən fəaliyyətinin nəticəsi olaraq 1998-ci ildə Gənclər və İdman Nazirliyinin BMT-nin İnkişaf və Könüllülər Proqramı ilə birgə pilot layihəsi fəaliyyətə başladı və 1998-2000-ci illərdə ölkədə güclü könüllülər komandası yaradıldı, könüllülük prinsiplərinin geniş auditoriyada təbliğinə start verildi.

XXI əsrin əvvəllərindən etibarən Prezident İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri də neft kapitalının insan kapitalına çevrilməsi oldu. Bu zaman qarşıya qoyulan məqsədləri reallaşdırmaq üçün geniş kütlənin maraqlarına cavab verən innovativ addımların atılmasına ehtiyac var idi. Əlbəttə, bu sahədə könüllülüyün mühüm önəm daşıması danılmaz idi.

Qeyd etmək istərdim ki, 2009-cu ildə qəbul olunan “Könüllü fəaliyyət haqqında” Qanun Azərbaycanda könüllülük hərəkatının yeni inkişaf mərhələsinə qədəm qoymasına yol açdı. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı yüksəldi, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artdı, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmləndi, ölkəmizdə keçirilən “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi, Birinci Avropa Oyunları, “Formula-1” və IV İslam Həmrəyliyi Oyunları kimi kütləvi tədbirlər çərçivəsində könüllülük hərəkatı daha böyük vüsət alaraq mühüm təcrübə qazandı.

Xüsusi vurğulamaq lazımdır ki, könüllülük hərəkatının formalaşması və inkişafında ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu vardır. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial-humanitar, mədəni layihələr, təşkilati işlərinə birbaşa rəhbərlik etdiyi beynəlxalq tədbirlər minlərlə Azərbaycan gəncinə potensiallarını reallaşdırmaq, öz imkanlarını göstərə bilmək üçün imkan yaradıb.

Məlum olduğu kimi, Prezident İlham Əliyev müxtəlif toplantılarda və ictimaiyyətlə görüşlərində könüllülük fəaliyyətinin cəmiyyət üçün müsbət rolundan və əhəmiyyətindən dəfələrlə danışıb. Dövlətimizin başçısı ötən il fevralın 1-də Gənclər Gününə həsr olunmuş respublika toplantısındakı nitqində bu məsələnin üzərində xüsusi dayanıb. Prezident Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatını alqışladığını bildirib, dövlət təşkilatlarına və özəl sektora gənc könüllülərin işə cəlb edilməsini tövsiyə edib.

Prezident İlham Əliyevin tövsiyələrini rəhbər tutaraq gömrük sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq məqsədilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev tərəfindən ötən ilin martında “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında” müvafiq sərəncam imzalanıb.

- “Könüllü gömrükçü” dəstəsinə üzv olmaq istəyən gənclərin müraciəti və seçimi prosesi necə tənzimlənir, bu barədə nə deyə bilərsiniz?

- İlk dəstənin formalaşdırılması zamanı könüllülər hərəkatı üzrə böyük təcrübəyə və kadr potensialına malik olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin imkanlarından istifadə olunub. “ASAN Könüllülük” məktəbinin “Master 2” pilləsi çərçivəsində təşkil olunmuş müsahibələrdə iştirak edən və gömrük orqanlarında fəaliyyət göstərməyi arzulayan həmin könüllülər arasından 64 nəfər, eyni zamanda, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrindən 63 nəfər gənc seçilib və onlar komitənin strukturuna daxil olan qurumlarda könüllü fəaliyyətinə cəlb olunub.

Daha sonrakı dəstələrə seçim prosesi isə bilavasitə komitə tərəfindən aparılıb. Diqqətinizə çatdırmaq istərdim ki, Gömrük Komitəsi könüllülük hərəkatına yeni qoşulmasına baxmayaraq, “Könüllü gömrükçü” dəstəsinin fəaliyyəti gənclər arasında kifayət qədər rəğbət qazanıb. Müraciətlərin kəskin artım dinamikası bu rəğbəti əyani sübut edir. Təkcə onu qeyd etmək kifayətdir ki, 3-cü “Könüllü gömrükçü” dəstəsinə üzv olmaq üçün komitənin rəsmi internet saytında yaradılan elektron portal vasitəsilə ölkənin əksər aparıcı təhsil ocaqlarının tələbə və məzunu olan 550 nəfərədək gənc qeydiyyatdan keçib, qəbul olunan müraciətlər tam şəffaf şəkildə dəyərləndirilib və müraciət edən bütün gənclərə müsahibəyə qatılmaq imkanı yaradılıb.

Fürsətdən istifadə edərək onu da əlavə etmək istərdim ki, komitənin rəsmi internet saytında müraciətlər bölməsinin “Könüllü gömrükçü” altbaşlığı daim aktivdir və 18-29 yaş aralığındakı bütün gənclər növbəti dəstələrə qoşulmaq üçün istənilən vaxt qeydiyyatdan keçə bilərlər.

- “Könüllü gömrükçü” dəstəsinə seçimlər və gənclərin əlaqədar struktur bölmələrinə yönləndirilməsi istiqamətində hansı amillər nəzərə alınır?

- “Könüllü gömrükçü” dəstəsi formalaşdırılarkən dəstəyə qoşulmaq istəyən hər bir gənclə fərdi müsahibə keçirilir və namizədin ixtisası, xarici dil bilikləri, fərdi keyfiyyətləri, bilik və bacarıqları diqqətə alınaraq onun könüllü kimi fəaliyyət göstərəcəyi struktur bölmə müəyyən olunur. Əsas məqsəd gənclərə təhsil aldıqları ixtisaslar üzrə nəzəri biliklər aşılamaq, eyni zamanda, malik olduqları nəzəri bilikləri praktiki biliklərlə daha da möhkəmləndirmək, onları potensial kadr kimi yetişdirməkdir. Könüllülərimiz komitənin müxtəlif qurumlarında ixtisaslarına uyğun sahələr üzrə fəaliyyətə cəlb olunurlar ki, bununla da biz onların gələcək karyeraları üçün zəmin hazırlamış oluruq. Təcrübə göstərir ki, qeyd olunan məqsədyönlü fəaliyyət cəmiyyətimizə gələcək üçün ixtisaslı və müəyyən mənada təcrübəli mütəxəssislər hazırlamağa zəmin yaradır.

- Könüllülərin Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinə yönləndirilməsi, işə cəlb olunması və fəaliyyəti necə tənzimlənir?

- Məlumat vermək istərdim ki, qeyd olunan istiqamətlərdə komitə sədrinin göstəriş və tapşırıqlarına əsasən, müsahibələrdən uğurla keçən hər bir gənc ilə “Könüllü fəaliyyət haqqında” Qanunun tələbinə müvafiq olaraq müqavilə bağlanılır, eyni zamanda, hər bir könüllü xüsusi geyim dəsti ilə təmin olunur. Həftənin rəsmi iş günlərində hər gün 4 saat, ümumilikdə isə həftə ərzində 20 saat olmaqla, 3 ay davam edən könüllülük fəaliyyətini uğurla tamamlayan gənclərə sertifikatlar verilir.

Könüllü gənclər fəaliyyətə başlamazdan öncə Gömrük Komitəsinin sədri Səfər Mehdiyev onlarla görüşür, könüllülər komitə sədrinin tövsiyə və tapşırıqlarını, gömrük orqanının fəaliyyət istiqamətləri haqqındakı fikirlərini dinləyirlər. Gərgin iş qrafikinə baxmayaraq, könüllülər həmişə komitə rəhbərinin diqqətindədirlər. Hətta fəaliyyətlərinin sonunda könüllü gömrükçülərə sertifikatlar komitə sədri tərəfindən şəxsən təqdim olunur. Demək olar ki, hər bir görüşdə gənclərə gömrük orqanlarının fəaliyyəti haqqında öz fikirlərini, düşüncələrini, təkliflərini sərbəst şəkildə ifadə etmək, əldə etdikləri təcrübə haqqında fikir mübadiləsi aparmaq, habelə öz təkliflərini vermək üçün şərait yaradılır.

- Qurumunuzda bu günədək könüllülük fəaliyyəti göstərən “Könüllü gömrükçü” dəstəsinin üzvləri hansı peşə biliklərinə yiyələnirlər?

- Əvvəl onu qeyd edim ki, könüllülük fəaliyyəti üçün müraciət edən gənclər müxtəlif ali təhsil ocaqlarında təhsil alır, bəziləri isə artıq təhsillərini başa vurublar. Qurumumuzda könüllülərin təhsil aldıqları ixtisaslar (hüquqşünas, iqtisadiyyat, informasiya texnologiyaları və sair) müəyyən edilməklə komitənin müvafiq struktur bölmələrinə yönləndirilirlər. Onlar fəaliyyət göstərdikləri müddət ərzində malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, gömrük bəyannamələrinin doldurulması qaydası, mallara dair sənədlərin yoxlanılması və malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsinin həyata keçirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə metodları və digər sahələrdə bilik və bacarıqlarını artırmaq, təcrübə qazanmaq imkanı əldə edirlər.

- Məlumdur ki, ölkənin aparıcı hüquq-mühafizə orqanlarından biri olan Gömrük Komitəsinin respublikamızın bəzi regionlarında ərazi gömrük idarələri və həmin idarələrin struktur bölmələri fəaliyyət göstərir. Bəs “Könüllü gömrükçü” dəstəsinin regional fəaliyyəti necə tənzimlənir?

- Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının ölkədə gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi siyasətinə uyğun olaraq, Gömrük Komitəsi ilk dəfə olaraq bu ildən region gənclərinə də “Könüllü gömrükçü” dəstəsinə qoşulmaq imkanı yaradıb. Belə ki, gənclər “Könüllü gömrükçü” dəstəsinə qoşulmaq üçün elektron portala müraciət edərkən fəaliyyət göstərmək istədikləri ərazi gömrük idarələrini, yaxud həmin idarələrin gömrük postlarını göstərə bilərlər. Müsabiqədən keçməklə 3 ay boyunca könüllü gömrükçülər qeyd olunan orqanlarda peşəkar gömrük əməkdaşlarının nəzarəti altında gömrük orqanının fəaliyyətini yaxından müşahidə etməklə gömrük işinin sirlərinə yiyələnirlər.

Gənclərə yaşadıqları bölgələrdə könüllülük fəaliyyətinə qoşulmaq imkanı yaratmaqla Gömrük Komitəsi də region gənclərinin cəmiyyətə fəal inteqrasiyasına zəmin yaradır, onların potensialından səmərəli istifadəyə imkan verir. Cari ilin fevralından fəaliyyətə başlayan 3-cü “Könüllü gömrükçü” dəstəsinə ilk dəfə olaraq 15 nəfər regionlarda yaşayan gənclər seçilib. Hazırda onlar Şimal, Cənub və Qərb Ərazi Baş Gömrük idarələrinin tabeliyindəki gömrük postlarında fəaliyyətlərini davam etdirirlər və bu proses gələcəkdə daha geniş vüsət alacaq.

- COVID-19 pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən ardıcıl olaraq əməli addımlar atılıb, bir çox dövlət və özəl qurumların, təhsil müəssisələrinin fəaliyyətində fasilələr yaranıb. Bəs, mövcud vəziyyət əksəriyyəti tələbə olan könüllü gömrükçü dəstəsinin fəaliyyətinə necə təsir göstərib?

- COVID-19 infeksiyasının yayılmasına qarşı dövlətimiz tərəfindən həyata keçirilən mübarizə tədbirləri çərçivəsində martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması, habelə respublikamızda bütün digər tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Həmin qərarları nəzərə alaraq, gömrük sistemində də “Könüllü gömrükçü” dəstəsinin fəaliyyətinə martın 3-dən müvəqqəti olaraq fasilə verilib. Buna baxmayaraq, dövlətimizin başçısının çağırışına cavab olaraq koronavirus infeksiyasının respublikamızda yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə, insanların maarifləndirilməsi, eyni zamanda, qayğıya ehtiyacı olan vətəndaşlarımıza sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə 18 könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə martın 27-də Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) təsis edilib. Mərkəz yarandığı gündən etibarən ardıcıl olaraq sosial aksiya və layihələr reallaşdıraraq koronavirus pandemiyasına qarşı mübarizə işinə öz töhfəsini verir. Misal üçün bu layihələrdən biri olan “Könüllü qonşu” aksiyasında “Könüllü gömrükçü” dəstəsinin üzvləri də fəal iştirak edirlər. Belə ki, könüllü gömrükçülərimiz “Biz birlikdə güclüyük”, “Böyüklərimizi qoruyaq”, “Könüllü qonşu” devizi altında yaşlı, ahıl, tənha yaşayan və qayğıya ehtiyacı olan qonşularının qapılarına məlumatlandırıcı təlimatlar asıb, ərzaq məhsullarının, dərman preparatlarının alınmasında onlara yaxından köməklik göstəriblər. Bununla bağlı 100-dən çox faktı qeyd etmək olar.

Eyni zamanda, qeyd etmək istərdim ki, AKƏM “Bir-birimizi qoruyaq” adlı yeni kampaniyaya start verib. Könüllü gömrükçülərimiz bu aksiyada da çox fəal iştirak edib. Düşünürəm ki, AKƏM-in yeni kampaniyası da mərkəzin digər aksiyaları kimi dövlət tərəfindən məhz bu istiqamətdə həyata keçirilən fəaliyyətə öz müsbət töhfəsini verəcək.

Bildirmək istərdim ki, yeni növ COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasında ciddi nəticələr əldə olunmasına şərait yaradan xüsusi karantin rejimi, sosial izolyasiya kimi tədbirlərin reallaşdırılması zamanı bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən, talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən qanvermə aksiyasında Gömrük Komitəsinin çoxsaylı əməkdaşları ilə yanaşı, könüllü gömrükçülər də fəal iştirak ediblər.

Hazırda respublikamızda könüllülərin həmrəyliyi və birliyi davam edir. Belə ki, “www.asanmektub.az” saytında yerləşdirilmiş məktublardan 41 ədədi komitə tərəfindən öhdəliyə götürülüb və müraciətlər üzrə alınmış ərzaq məhsulları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin də dəstəyi ilə könüllü gömrükçülər, ASAN və “Ailəm” könüllüləri vasitəsilə yardıma ehtiyacı olanlara çatdırılıb.

Bununla yanaşı, DGK-nın təşkilatçılığı ilə “Könüllü gömrükçü” dəstəsinin üzvləri tərəfindən xüsusi karantin rejimi dövründə evdən çıxmasına məhdudiyyət qoyulan, yaşı 65-dən yuxarı olan, tənha yaşayan, eyni zamanda, qayğıya ehtiyacı olan ümumilikdə 250 nəfərə yaxın ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb, vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə ətraflı məlumatlar verilib.

Yeri gəlmişkən, vurğulamaq istərdim ki, cari ilin fevralında “Könüllü gömrükçü” dəstəsinin üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya Ədalət” Beynəlxalq Maarifləndirmə Kampaniyasına qoşulub. Belə ki, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində fəaliyyət göstərən könüllülərimiz kampaniya çərçivəsində Azərbaycan və ingilis dillərində çap edilən və Xocalı həqiqətlərindən bəhs edən 2400 bukletin ölkəmizə səfər edən xarici turistlərə paylanması və onların baş verən bu qətliam barədə məlumatlandırılması işində yaxından iştirak ediblər.

- Qarşıda duran məqsədlərdən və könüllü gömrükçülərin ölkədəki könüllü hərəkatına inteqrasiyası istiqamətində atılacaq addımlardan da qısaca bəhs etmənizi istərdik.

- Təqdirəlayiq haldır ki, zaman keçdikcə “Könüllü gömrükçü” dəstəsinin istər fəaliyyət dairəsi, istərsə də üzvlərinin sayı artmaqdadır. 2019-cu ilin iyun ayından bu günə kimi ardıcıl olaraq formalaşdırılan 3 dəstəyə 700-dək seçilib. Komitə rəhbərliyinin göstərişinə uyğun olaraq, məqsədimiz hər il təxminən 1000 gənci “Könüllü gömrükçü” dəstəsinə cəlb etməkdir. Bununla yanaşı, könüllü gömrükçülərin ölkə miqyasında təşkil olunan və könüllülərin iştirakını nəzərdə tutan bir çox tədbirlərdə, bilik yarışlarında, aksiya və layihələrdə iştirakı təmin olunur, həmçinin onlar fəaliyyətləri zamanı gömrük işinə həsr olunan yerli və beynəlxalq konfranslara cəlb edilirlər.

Buna misal olaraq, 100 nəfərə yaxın könüllü gömrükçünün ötən il iyunun 12-14-də Bakı şəhərində, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisində iştirakını qeyd edə bilərəm. Eyni zamanda, ötən il dekabrın 1-9-da Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə, Beynəlxalq Könüllü Günü ərəfəsində ölkəmizdə ilk dəfə keçirilmiş “Könüllülük Həftəsi” çərçivəsində təşkil olunan demək olar ki, bütün tədbirlərdə könüllü gömrükçülərin iştirakını qeyd edə bilərik. Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, “Könüllülük Həftəsi” ölkəmizdə bu sahənin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirib.

Onu da əlavə edim ki, müntəzəm olaraq könüllülərimiz üçün komitənin “Azərterminalkompleks” Birliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə, Dövlət Gömrük Komitəsinin Tarix Muzeyinə, Gömrük Akademiyasına və Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Təlim Mərkəzinə ekskursiyaları təşkil olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub