KOREYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB RO MU HYUNA
Hörmətli cənab Prezident,
Koreya Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi və arzularımızı yetirirəm.
Bu gün Azərbaycan-Koreya münasibətləri dinamik inkişaf yolundadır. Qarşılıqlı səfərlərimiz, ikitərəfli qaydada imzalanmış sənədlər əməkdaşlığımız üçün geniş imkanlar açmaqdadır. Ümidvaram ki, bu imkanlardan səmərəli istifadə olunması üçün bundan sonra da səylərimizi davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 avqust 2007-ci il.