KOREYA RESPUBLİKASININ “ST” ŞİRKƏTİNİN LAYİHƏSİ TƏTBİQ EDİLƏCƏKDİR
Koreya Respublikasının informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “ST”şirkətinin layihəsi yaxın vaxtlarda ölkəmizdə tətbiq ediləcəkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, şirkət layihənin həyata keçirilməsi ilə bağlı təkliflərini təqdim etmişdir. Təkliflərə baxmaq üçün xüsusi işçi qrup yaradılmışdır.