Körfəz Ərəb Dövlətləri vahid turist vizasının tətbiqinə başlayacaq
Qahirə, 4 iyul, AZƏRTAC
Yaxın vaxtlarda Körfəz Ərəb Dövlətlərinin vahid turist vizası olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Baş katibi Casim əl-Budeyvi üzv dövlətlərin pasport idarələrinin Baş direktorlarının Ər-Riyadda keçirilmiş 39-cu görüşündə bildirib.
Tədbirdə, həmçinin vahid turist vizası ilə bağlı texniki şöbələrin gördüyü işlər müzakirə olunub.
Qeyd edək ki, 2023-cü ildə Əməkdaşlıq Şurasının üzvləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Bəhreyn, Küveyt və Oman Şengen zonası modelində vahid viza zonasının yaradılması qərarına gəliblər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]