Azərbaycan Dövlət İnformasiya Agentliyi

Koronavirusa preventiv tədbirlərlə qalib gəlmək olar

Koronavirusa preventiv tədbirlərlə qalib gəlmək olar

Bakı, 7 aprel, AZƏRTAC 

Dünya üzrə koronavirusa yoluxanların sayı sürətlə artaraq 1,4 milyon nəfərə, pandemiyadan həyatını itirənlərin sayı isə 70 min nəfərə yaxınlaşır. Bununla da bəşəriyyətin çox qorxunc fəlakətlə üzləşməsi ilə bağlı proqnozlar, təəssüf ki, özünü doğrultmaqdadır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində son günlər insanları ciddi şəkildə imtahana çəkən koronavirus xəstəliyi haqqında fikirlərini bölüşən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Milli Onkologiya Mərkəzinin Baş direktor müavini Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, koronavirusla (COVID-19) mübarizədə, dəfələrlə vurğulandığı kimi, ən doğru yol bu sahədə preventiv tədbirlərin görülməsidir. Dövlətimiz hələ fevral ayının əvvəllərindən bu sahədə davamlı şəkildə həyəcan təbili çalsa da, insanlar bu və ya bu kimi fəlakətlərlə yaxın və uzaq keçmişdə rastlaşmadıqlarından, təklif olunan, irəli sürülən tələb və tövsiyələrə ciddi əhəmiyyət vermədilər. Rəsmi qurumların və mütəxəssislərin rəyinə görə, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı mübarizədə ölkəmizin taktikası və strategiyasını təqdir etsə də, müxtəlif əhali qruplarının dövlətin və hökumətin qabaqlayıcı təbirlərinə adekvat, çevik reaksiya verməməsi ucbatından ölkə daxilində də xəstəliyə yoluxma halları qeydə alındı.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və dövlətimizin başçısının daimi nəzarəti altında fəaliyyət göstərən Nazirlər Kabineti yanında Operativ Qərargahın fasiləsiz səyləri nəticəsində pandemiyanı nəzarət altında saxlamaq mümkün olub. Vəziyyətin daim nəzarətdə saxlanılması üçün əhalinin dövlətə fəal dəstəyi lazımdır. Bunun üçün insanların total şəkildə nizam-intizama əməl etməsinin dayanıqlığı ilə yanaşı, hazırda ambulator və stasionar müalicə mərhələsində olan xəstələrə də ciddi nəzarət olunmalıdır. Bu tipli xəstələr koronavirusun qurbanı və ya daşıyıcısı olmaq baxımından ən potensial təhlükə qruplarıdır.

K.Qafarov bir daha xatırladıb ki, koronavirusun mənfi təsir sferasına əsasən 60 yaşdan yuxarı insanlar aiddir. Lakin dünyanın müxtəlif yerlərindən alınan ən son məlumatlar 20 yaşdan aşağı uşaq və gənclərin də artıq əsas risk qrupuna daxil olduğunu təsdiqləyir. Buna görə də, Türkiyədə və digər ölkələrdə bu kateqoriyaya aid əhali kontingentinə evdən bayıra çıxmamaq qadağası qoyulub. Fikrimizcə, potensial yoluxma ocaqlarından biri kimi, müxtəlif xəstəlikdən əziyyət çəkən, qeyd etdiyimiz kimi, ambulator və stasionar şəraitdə müalicə alan xəstələr, o cümlədən onkoloji xəstələr ola bilər.

Azərbaycan Milli Onkologiya Mərkəzində martın 14-dən etibarən ölkədə aparılan preventiv tədbirlərin görülməsi ilə bağlı geniş plan hazırlanıb və bu plan dəqiqliklə həyata keçirilir. Hazırda Mərkəz karantin tədbirlərinin sərt tətbiqi rejimində fəaliyyət göstərir. Mərkəzdə müntəzəm olaraq profilaktiki dezinfeksiya aparılır, pasiyentlərə xidmət zamanı bütün tibbi təhlükəsizlik tələblərinə əməl olunur. Müalicə və müayinə korpuslarına giriş-çıxışa, pandemiya tələblərinə uyğun olaraq, daha ciddi şəkildə nəzarət həyata keçirilir.

Deputat deyib ki, onkoloji xəstələrin yaranmış şəraitdə koronavirusa yoluxmaması üçün maksimum ehtiyat tədbirləri görülür. Dövri mətbuatda bir müddət öncə Azərbaycan Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevin (X.Qasımlı ilə birlikdə) onkoloji xəstələrin koronavirus təhlükəsindən qorunması ilə bağlı tövsiyələri təkcə xəstələr deyil, tibbi seqmentin nümayəndələri tərəfindən böyük maraq və razılıqla qarşılanıb. Həmin məqalədə göstərilir ki, bir çox beynəlxalq onkoloji cəmiyyətlər bilinən digər respirator viruslar üzərində olan təcrübələrə əsaslanaraq, xüsusən immun sistemi zəif olan xəstələri risk qrupuna aid edirlər.

Bu kateqoriyaya aşağıdakı xəstəliklər və risk amilləri aiddir: 65 yaşdan yuxarı yaş qrupu; paralel mövcud olan xroniki ürək-damar, ağciyər və metabolik xəstəliklər (arterial hipertoniya, şəkərli diabet, ağciyərlərin xroniki obstruktiv xəstəliyi və s.); leykositopeniya (qanda leykositlərin azlığı); qanda aşağı immunqlobulin göstəriciləri; uzunmüddətli immun suppresiv dərmanların qəbulu (steriod ve antitellərin qəbulu); hematoloji xərçənglər (leykemiya, limfoma və s.); allogen kök hüceyrə transplantasiyası zamanı neytropeniya fazası; anadangəlmə immun qüsuru.

Akademik C.Əliyevin məqaləsində sadalanan bu risk amillərini daşıyan onkoloji xəstələrin xüsusilə virusdan qorunma tədbirlərinə daha diqqətlə əməl etməsi tövsiyə olunur.

K.Qafarov əlavə edib ki, koronavirus pandemiyası şəraitində Milli Onkologiya Mərkəzinin əməkdaşları bədxassəli şiş diaqnozu qoyulmuş xəstələrə radioterapiya aparılması prosesinə bir anlıq da olsun fasilə verməyiblər. Xəstələrin və tibbi heyətin virusa yoluxma, başqalarını yoluxdurma riskinin minimuma endirilməsi nəzərə alınmaqla aparılan şüa müalicəsinin həyata keçirilməsində dünyanın qabaqcıl klinikalarının, beynəlxalq cəmiyyətlərin (ASTRO, ESTRO və s.) hazırlanmış müvafiq alqoritmlərindən, onların təcrübələrindən geniş istifadə edilir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (İAEA) tərəfindən 2020-ci il aprelin 3-də “COVID-19 və radioterapiya şöbələrinin hazırlığı: yaxşı təcrübəyə doğru həmrəylik” mövzusunda Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin həkimləri və tibbi fiziklərinin də iştirak etdiyi beynəlxalq vebinar (onlayn konfrans) keçirilib. Dünyanın bütün qitələrindən 1200-dən çox mütəxəssisin (radioterapevt və tibbi radiasion fiziklər) iştirak etdiyi vebinarın aparılmasında əsas məqsəd COVID-19 pandemiyası zamanı radioterapiya xidmətləri ilə bağlı mütəxəssislərin öz təcrübələrini bölüşmək və fikir mübadiləsi aparmaq olub.

Vebinarda olduqca çətin pandemiya şəraitində çalışan italiyalı həkim Pierfrancesco Franconun çıxışı böyük maraqla izlənilib. Onlayn konfransda şüa müalicəsinə göstəriş olan xəstələrdə radioterapiyanın fərdi və situasion amilləri nəzərə alınmaqla aparılma vaxtının seçilməsinin müzakirəsi zamanı yekdilliklə qəbul olunub ki, şüa müalicəsi o halda təxirə salına bilər ki, bu addım konkret xəstənin müalicəsinin səmərəliliyinə mənfi təsir etmir. Müalicənin təxirə salınması mümkün olmayan hallarda isə xəstələrin şüa ilə müalicəsi koronavirusa qarşı ciddi qoruyucu tədbirlər çərçivəsində aparılmalıdır. Akademik Cəmil Əliyevin də xüsusi olaraq vurğuladığı kimi, virusa yoluxmaq və digər xəstələri yoluxdurmaq riskini minimuma endirmək üçün bu xəstələrə radioterapiya hökmən xəstəxanada stasionar şəraitdə həyata keçirilməlidir.

Paneldə xəstələrin, tibbi heyətin və digərlərinin yoluxmadan qorunma ilə bağlı strategiyalar, kadrların dəyişdirilməsi, telesəhiyyədən istifadə, dezinfeksiya, COVID müsbət və ya şübhəli COVID xəstələrinin müalicəsi ilə bağlı məsələlər də müzakirə edilib. Şübhə yoxdur ki, dünyanın aparıcı klinikalarının radiasion onkoloq və tibbi radiasion fiziklərinin iştirakı ilə vebinarda həyata keçirilən bu fikir mübadiləsi mürəkkəb koronavirus pandemiyası şəraitində çalışan Milli Onkologiya Mərkəzinin əməkdaşlarının da daha səmərəli işləməsinə böyük dəstək olacaqdır.

Milli Məclisin deputatı bildirib ki, Milli Onkologiya Mərkəzinin kollektivi akademik C.Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyası kimi çox çətin və mürəkkəb şəraitdə onkoloji xəstələrin bu bəladan kənarda qalması, ondan etibarlı şəkildə qorunması üçün əlindən gələni əsirgəmir, dövlətimizin bu sahədə səylərini öz əməli fəaliyyəti ilə daim dəstəkləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub