Koronavirusla əlaqədar iyulun 25-26-da Özbəkistanda nəqliyyatın hərəkəti tam dayandırılıb
Daşkənd, 25 iyul, АZƏRTAC
Özbəkistanda koronavirusla mübarizə tədbirləri çərçivəsində iyulun 25-26-da yalnız təcili yardım maşınlarının və xüsusi icazəsi olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilib. Taksilər də daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılıb.
AZƏRTAC Özbəkistanın Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyasına istinadla xəbər verir ki, ölkədə virusa yoluxma hallarının və ölənlərin sayının artması bu qərarın verilməsinə səbəb olub.
Xatırladaq ki, iyulun 10-dan avqustun 1-dək ölkədə karantin rejimi yenidən gücləndirilib, yaşı 65-dən yuxarı olanlar özünütəcrid rejiminə keçirilib, toy və ailə şənliklərinə qadağa qoyulub.
İyulun 13-dən avqustun 1-dək ölkədaxili hava və dəmir yolu nəqliyyatının hərəkəti də yenidən dayandırılıb. Bərbərxanalar və gözəllik salonları da həmin tarixədək işləməyəcək.
Son sutkada Özbəkistanda koronavirusa yoluxanların sayı 667 nəfər artıb və 19 min 653-ə çatıb. Son gündə 4 xəstə ölüb və vəfat edənlər 107-yə çatıb.
Xatırladırıq ki, ötən həftənin şənbə və bazar günləri də ölkədə nəqliyyatın hərəkəti tam dayandırılmışdı.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]