KORRUPSİYAYA QARŞI MÜBARİZƏ GÜCLƏNİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Salyanda Korrupsiyaya Qarşı Koordinasiya Şurası fəaliyyətə başlamışdır. Qurum “Korrupsiyaya qarşı mübarizə fondu” ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılmışdır. Məqsəd ictimaiyyətlə dövlət orqanlarının korrupsiyaya qarşı birgə mübarizəsini təşkil etməkdir.
16 nəfərdən ibarət şuranın ilk yığıncağında ictimai və siyasi təşkilatların, icra və hüquq mühafizə orqanlarının, bələdiyyələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Müzakirələr aparılmış, təkliflər irəli sürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]
Azərbaycanda ət və yumurta istehsalı artıb
- 16.10.2026 [13:41]