“KRAL” QƏBİRİSTANLIĞINDA ƏKLİLQOYMA MƏRASİMİ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Əmman şəhərindəki “Kral” qəbiristanlığını ziyarət etmişdir.
Dövlətimizin başçısı burada dəfn olunmuş Kral Hüseyn bin Təlalın, Kral I Abdullahın və Kral Təlal bin
Abdullahın məzarları önünə əklil qoydu.
