KRASNODAR DİYARINDA MATƏM ELAN OLUNMUŞDUR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, yanvarın 14-15-i Rusiyanın Krasnodar diyarında matəm günləri elan olunmuşdur.
Xatırladaq ki, yanvarın 13-də Ust-Labinsk rayonunda avtobusun elektrik qatarı ilə toqquşması nəticəsində 21 nəfər həlak olmuşdur. Onların hamısı yerli zavodlardan birinin gecə növbəsindən qayıdan fəhlələridir.