Kreml Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olacağını təsdiqləyib
Bakı, 31 iyul, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putinin Ankaraya səfərinin vaxtı hələ dəqiqləşdirilməyib, lakin onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı çərşənbə günü baş tutacaq.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin müvafiq sualına cavabında deyib.
Qeyd edək ki, Vladimir Putin iyulun 29-da keçirdiyi mətbuat konfransında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığının planlaşdırıldığını bildirmişdi.
“Biz görüşmək barədə razılığa gəlmişik: ya o Moskvaya gələcək, ya da mən Ankaraya gedəcəyəm”, - Rusiyanın dövlət başçısı Türkiyəyə səfər edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən belə demişdi.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını avqust ayında Türkiyədə gözlədiyini dəfələrlə bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]