Kristel dö Mönye: Mədəniyyət Mərkəzi Azərbaycanın giriş qapısıdır
Paris, 16 sentyabr, AZƏRTAC
Özümü doğma yerdə hiss etdim. Burada tərənnüm olunan mədəniyyəti, dünyaya açıqlığı çox sevdim. Gördüklərim o qədər zəngin və gözəldir ki, hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Birinci dəfə gəlməyimə baxmayaraq, sanki bu mərkəzi çoxdan tanıyıram.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Avropa İrs Günləri” çərçivəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etmiş Kristel dö Mönye söyləyib.
Qeyd edib ki, Mərkəzin nəzdindəki muzey Azərbaycan, onun tarixi, mədəniyyəti haqqında tam təsəvvür yaradır. “Eksponatların rəngləri diqqətimi daha çox cəlb etdi. Milli geyimlər, musiqi alətləri, xalçalar misgərlik nümunələri ölkənizin zəngin tarixindən xəbər verir. Fotosərgini də çox sevdim, onun vasitəsilə Bakıya səyahət etdik, bu şəhərlə tanış olduq. Səfirliyinizin Mədəniyyət Mərkəzi Azərbaycanın giriş qapısıdır”, - deyə Kristel dö Mönye bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]