Kristina Orbakayte: Festivalın təşkilatçıları hər bir detalı yüksək səviyyədə düşünüblər
Bakı, 28 iyul, AZƏRTAC
Bakı hər dəfə fərqli görünüşü, durmadan inkişafı, çiçəklənməsi ilə məni təəccübləndirir. Əfsuslan olsun ki, hələ şəhəri bütünlüklə gəzməyə vaxtım olmayıb. Vaxtımızı hələ ki, məşqlərdə və ləziz yeməklərinizdən dadmaqla keçiririk.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi və aktrisası Kristina Orbakayte deyib.
“Jara” festivalında Valeriya ilə duet səsləndirəcəyini söyləyən K.Orbakayte bu möhtəşəm musiqi bayramının yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Hər dəfə müğənnilər, şoumenlər, tanınmış ulduzlar bu festivalda iştirak etməyi səbirsizliklə gözləyirlər. Mənim müğənni dostlarım festival üçün məxsusi hazırlaşırlar. Repertuarlarından yeni mahnıları təqdim etməyə çalışırlar. Çox gözəl vəhdət var. Dəniz sahili, isti, bayram əhval-ruhiyyəsi. Festivalın təşkilatçıları hər bir detalı yüksək səviyyədə düşünüblər. Təbii ki, bu işdə çox insanın zəhməti var. Ona görə də nəticə göz qabağındadır. Hər kəsi təbrik edirəm. Bakıda görüləcək yerlər çoxdur. Bu dəfə şəhərin bütün görməli yerlərini gəzmək fikrindəyəm”, - deyə Orbakayte əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]