Kristof Edvard: Heç bir qayda pozuntusuna rast gəlmədik VİDEO
Xaçmaz, 1 noyabr, Elxan Yusifli, AZƏRTAC
İlk dəfədir seçkilərdə müşahidəçi qismində iştirak edirəm. Müşahidə etdiyim müddətdə gördüm ki, seçkilərə çox yaxşı hazırlaşmısınız.
AZƏRTAC xəbər verir ki, bu sözləri parlament seçkilərini müşahidə etmək üçün ölkəmizə gələn almaniyalı müşahidəçi Kristof Edvard deyib. Müşahidəçi bildirib ki, seçki müddətində Quba və Qusar rayonlarında yerləşən 11 seçki məntəqəsində olublar: “Bütün məntəqələrdə xoş qarşılandıq. Suallarımız çox dəqiqliklə cavablandırıldı. Heç bir qayda pozuntusuna rast gəlmədik”.