Krit adasında 5 bal gücündə zəlzələ baş verib
Afina, 24 sentyabr, AZƏRTAC
Afina Geodeziya İnstitutunun verdiyi məlumata əsasən, Krit adasında 5 bal gücündə zəlzələ baş verib. Təkanın episentri 20,1 kilometr dərinlikdə yerləşib. Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin daha artıq 5,6 bal gücündə olduğunu bəyan edib. Xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Afina Geodeziya İnstitutunun istinad etdiyi məlumat avtomatik rejimdə seysmoloqların iştirakı olmadan xüsusi hesablama sistemi tərəfindən verilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]