Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb
Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 5-də Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində suyun səviyyəsi 2, Viləşçay-Şıxlarda 1 santimetr azalıb. Lənkərançay-Sifidor, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı və Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd, Zəyəmçay-Ağbaşlar və Gəncəçay-Zurnabad məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 141 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 87 faizinə bərabərdir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 31 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 44 faizinə bərabərdir.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 354 santimetr olub, su sərfi isə 115 kubmetr/saniyə təşkil edib. Kür-Şirvanda suyun səviyyəsi 2 santimetr azalaraq 153, Kür-Bankədə 2 santimetr azalaraq 113, Araz-Novruzluda isə suyun səviyyəsi 2 santimetr azalaraq 60 santimetr olub.