Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb
Bakı, 8 yanvar, AZƏRTAC
Yanvarın 8-də Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Lənkərançay-Sifidor, Viləşçay-Şıxlar o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı və Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Gəncəçay-Zurnabad və Zəyəmçay-Ağbaşlar məntəqələrində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 148 kubmetr qeydə alınır ki, bu da ongünlük normanın 91 faizini təşkil edir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 30 kubmetr təşkil edir. Bu da ongünlük normanın 43 faizini təşkil edir.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 344 santimetr, su sərfi isə 106 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 143, Kür-Bankədə 1 santimetr azalaraq və 109, Araz-Novruzluda isə 2 santimetr azalaraq 53 santimetr təşkil edib.