Kür çayının aşağı axınında suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır
Bakı, 8 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən oktyabrın 8-də sululuqla bağlı araşdırma aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-140, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 15-35, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil etmişdir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınmışdır. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsinin azaldığı müəyyən edilmişdir.
Hazırda Kürün Surra məntəqəsində suyun səviyyəsi 305, Şirvanda 168, Salyanda 143, Bankədə 197, Araz çayının Novruzlu məntəqəsində isə 112 santimetr olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]