Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-130, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-20 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2, Qanıx çayının Əyriçay məntəqəsində isə 17 santimetr artım müşahidə olunub.
Kür çayının aşağı axınındakı suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 24, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində isə 3 santimetr azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Surrada 293, Şirvanda 131, Salyanda 90, Bankədə 160, Novruzlu məntəqəsində 27 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]