Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 4 santimetr artıb
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Çaykənd və Gəncəçayın Zurnabad məntəqələrində suyun səviyyəsi dəyişməyib. Zəyəmçayın Ağbaşlar və Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo məntəqələrində suyun səviyyəsində 1, Lənkərançayın Sifidor məntəqəsində 2 santimetr artım, Viləşçayın Şıxlar məntəqəsində isə 2 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 136 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 80 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 3 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 24 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 34 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 8 faiz azdır.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 278 santimetr, su sərfi isə 56 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 2 santimetr artaraq 99, Kür-Bankədə 4 santimetr artaraq 111, Araz-Novruzluda isə 2 santimetr azalaraq 55 santimetr təşkil edib.