Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 26 santimetr artıb
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsi 4 santimetr artıb, Qusarçayın Kuzun məntəqəsində 10, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Çaykənd məntəqəsində 7, Gəncəçayın Zurnabad məntəqəsində 1 santimetr azalıb. Zəyəmçayın Ağbaşlar və Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqələrində 3, Təngərüdçayın Vaqo məntəqəsində isə 1 santimetr artım qeydə alınıb. Viləşçayın Şıxlar məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 26 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 260 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 107 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 57 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 26,5 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 32 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 10 faiz azdır.
Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 233 santimetr, su sərfi isə saniyədə 24 kubmetr olub. Kür-Şirvanda suyun səviyyəsi 8 santimetr azalaraq 49, Kür-Bankədə 8 santimetr artaraq 87, Araz-Novruzluda isə suyun səviyyəsi 2 santimetr azalaraq 36 santimetr təşkil edib.