CƏMİYYƏT
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsi 5, Təngərüdçayın Vaqo məntəqəsində 1, Viləşçayın Şıxlar, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqələrində 2 santimetr azalıb. Kürəkçayın Çaykənd, Gəncəçayın Zurnabad və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 136 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 87 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 1 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 26,5 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 40 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 12 faiz azdır.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 312 santimetr, su sərfi isə 81 kubmetr/saniyə təşkil edib. Kür-Şirvanda suyun səviyyəsi 6 santimetr azalaraq 135, Kür-Bankədə 1 santimetr azalaraq 108, Araz-Novruzluda isə 2 santimetr artaraq 67 santimetr olub.