Kür çayının Tbilisidən keçən hissəsi tullantılarla çirkləndirilib
Tbilisi, 7 may, AZƏRTAC
Kür çayının Gürcüstan ərazisindən, xüsusən də paytaxt Tbilisidən keçən hissəsi məişət tullantıları ilə çirkləndirilib.
AZƏRTAC xəbər verir ki, Tbilisinin mərkəzindəki Barataşvili körpüsündən Ortaçala küçəsindəki Su Elektrik Stansiyasına qədər olan ərazidə suyun üzündə çoxlu sayda boş plastik qablar, torbalar və digər tullantılar var.
Məsələ ilə bağlı Gürcüstanın əlaqədar təşkilatı açıqlama verməyib.
Kür çayı ilə turist gəzintisi təşkil edən qayıq sahibləri bildiriblər ki, şəhər rəhbərliyi zibil topalarını dağıtmağı xahiş edib. Turist qayıqları da çayda üzərkən zibilləri dağıdırlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]