KÜVEYT ƏMİRİ VƏLİƏHDİ VƏ ÖLKƏNİN BAŞ NAZİRİNİ TƏYİN ETMİŞDİR
Küveytin yeni vəliəhdi bundan əvvəl hökumət başçısının birinci müavini və daxili işlər naziri işləmiş şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah olmuşdur. Əmirliyin dəftərxana işləri üzrə naziri şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah baş nazir təyin edilmişdir. Ona yeni hökuməti formalaşdırmaq tapşırılmışdır.
Küveyt əmiri şeyx Saad əl-Abdulla əs-Sabah səhhətinə görə hakimiyyətdən getdikdən sonra şeyx Sabah bu il yanvarın 29-da taxt-taca sahib olmuşdur. O, 2003-cü ilin iyulundan cari ilin yanvarınadək ölkənin baş naziri vəzifəsində çalışmışdır.
Əs-Sabahlar sülaləsi Küveytdə 250 ildir hakimiyyədədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]