Küveyt Misir Mərkəzi Bankındakı əmanətlərini investisiyaya yönəldir
Qahirə, 24 iyul, AZƏRTAC
Küveyt Dövlətinin Misir Mərkəzi Bankındakı əmanətlərinin Misir Ərəb Respublikasında sərmayə qoyuluşuna transformasiyasının fəallaşdırılması müzakirə edilib.
AZƏRTAC Misir Baş nazirinin katibliyinə istinadla xəbər verir ki, bu məsələ Misir nəqliyyat naziri ilə Küveyt Nazirlər Şurasının sədri arasında əl-Küveytdə baş tutmuş görüşdə müzakirə olunub.
“Bloomberg”in aprel ayında yaydığı məlumata görə, Küveytin Misir bankında depozitlərinin həcmi 4 milyard dollardır. Mənbənin bildirdiyinə görə, tərəflər bu məbləğin ən azı yarısını cari ilin sonunda investisiyaya yönəltmək haqqında razılığa gəliblər. Küveyt 2014-cü ildən bu məbləği Misir iqtisadiyyatını dəstəkləmək məqsədilə bankda saxlayırdı.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]