Küveytdə qabaqlayıcı tədbirlər: İş saatları azaldılır, məsafədən təhsil tətbiq edilir
Qahirə, 19 mart, AZƏRTAC
Küveytdə iş yerlərində çalışanların sayı 70 faiz azaldılıb, iş saatları 6 saata endirilib, şagirdlər isə məsafədən təhsil sisteminə keçirilib.
AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bu qərar Körfəz regionunda artmaqda olan gərginlik nəticəsində ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində qəbul edilib.
Küveyt Mülki Xidmət İdarəsi Ramazandan sonra dövlət qurumlarında iş rejiminin yalnız 30 faiz əməkdaşla davam etdiriləcəyini açıqlayıb. Eyni zamanda, növbəli və məsafədən iş rejiminin tətbiqi, gündəlik iş saatlarının bir saat azaldılaraq 6 saata endiriləcəyi və növbəti xəbərdarlığa qədər axşam növbəsində işlərin dayandırılacağı elan edilib.
Küveytin təhsil naziri Cəlal əl-Təbatəbai təhsil müəssisələrində dərs saatlarının mövcud şəraitə uyğun şəkildə tənzimlənməsi barədə göstəriş verib. O bildirib ki, mövcud vəziyyət davam edərsə, Fitr bayramı tətilindən sonra tədris məsafədən təhsil sistemi ilə davam etdiriləcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]