Laçın polisi erməni hərbçilərinin atıb qaçdığı silah-sursat aşkarlayıb
Bakı, 11 mart, AZƏRTAC
Polis əməkdaşları işğaldan azad olunmuş ərazilərdə silah-sursatın aşkarlanması istiqamətində profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş növbəti tədbirlər zamanı Xocavənd rayonunda Üçtəpə adlanan ərazidə erməni hərbi birləşmələrinin atıb qaçdığı bir avtomat, bir karabin, bir tüfəng, RQD-5 tipli 8 əl qumbarası və alışdırıcıları, 20 avtomat sandığı, 3500-dək avtomat və pulemyot gülləsi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]