Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçın-Xankəndi yolundakı etirazların bir aylıq salnaməsi – REPORTAJ

Şuşa, 11 yanvar, AZƏRTAC

Şuşa şəhərinin girişi, Laçın-Xankəndi yolu. Əraziyə güclü qar yağıb. Hava olduqca soyuq və şaxtalıdır. Laçın-Xankəndi yolunda yaşanan izdihamın hərarəti hər tərəfə yayılıb. Azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar həmişəki kimi, 31-ci gündə də birlik nümayiş etdirirlər. Onlar Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, tələblərin dərhal yerinə yetirilməsini təkid edirlər.

Dünyanın diqqəti Laçın-Xankəndi yolunda

Otuz bir gündür davam edən aksiyanın məramı dəyişməz olaraq qalır. Fəallar bu soyuq havada qəlbləri isidən qətiyyətli görüntüləri ilə əsl vətənpərvərlik nümunəsi ortaya qoyaraq, tarixi salnamə yazırlar. Onların məramı hər kəsə bəllidir. Aksiya başladığı gündən fəallar Qarabağ ərazisində yerləşən bütün faydalı qazıntı yataqlarının Azərbaycanın ümummilli sərvəti olduğunu bildirir, onun yağmalanması və daşınmasının yolverilməz olduğunu dilə gətirirlər. Etirazçılar mövcud ekoloji problemin Azərbaycan cəmiyyətinin istəyinə uyğun həll edilməsini və aksiyada səslənən şüarların praktik müstəviyə keçməsini qarşılarına məqsəd qoyublar. Vətənin bu qəhrəman gəncləri bir aydır sərgilədikləri mövqe ilə dünyanın diqqətini Laçın-Xankəndi yoluna yönəldə biliblər. Günlərdir, onların istismara, talana “yox” demələri Azərbaycanı sevməyən qüvvələrin yuxusunu ərşə çəkib. Bəzi dairələr hazırkı vəziyyətin humanitar böhran yaratdığını deməklə, bunu bir çox beynəlxalq tribunalarda müzakirəyə çıxarırlar. Bütün cəhdlərə baxmayaraq, onlar istədiklərini əldə edə bilmirlər. Aksiya başladığı gündən dünyanın nüfuzlu mətbuat orqanları da mütəmadi olaraq mövcud vəziyyəti diqqətdə saxlayır. Bu da o deməkdir ki, dünya ictimaiyyəti Azərbaycan cəmiyyətinin haqlı tələbini eşidir. Çünki Azərbaycan cəmiyyəti bu aksiya ilə ona məxsus talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasına qarşı çıxır və günlərdir ki, yüksək iradə nümayişi ilə bunu önləməyə çalışır. Çünki bu, onun milli məsələsidir. Aksiyada günlərdir yüksək amal uğurunda qəhrəmanlıq göstərən yüzlərlə könüllü bütünlükdə Azərbaycan cəmiyyətinin təmsilçiləridirlər. Onların hər biri həmişəki kimi, bu gün də öz “döyüş mövqeləri”ndə mübariz və tələbkar görünürlər.

Aksiyanın gücü: İnamla məqsədə doğru

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Şamaxı rayonundan olan könüllüsü Ruslan Məmmədov aksiyaya dəstək vermək üçün bir neçə gündür ki, buradadır. O, hava şəraitinin çətin olmasına baxmayaraq, digər aksiya iştirakçıları kimi mübarizdir, qətiyyətlidir. Bütün könüllülər kimi, onun da məqsəd və məramı aydındır. Bildirir ki, qarlı-şaxtalı hava onun aksiyadakı fəaliyyətinə mane olmur, mübarizə əzmini sarsıtmır: “RİİB-in əməkdaşları və könüllüləri ilk gündən bu ekoloji aksiyaya qoşulublar. Bir aydır Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə təbii sərvətlərimizin qanunsuz istismarının dayandırılması və ölkəmizin müvafiq qurumları tərəfindən ərazidəki faydalı qazıntı yataqlarında monitorinqlərin aparılmasına icazə verilməsi tələbi ilə aksiya keçiririk. Qarlı, şaxtalı hava şəraiti bizim mübarizəmizə təsir etmir. İllərdir həsrətini çəkdiyimiz doğma Qarabağımızda olmaq qürurvericidir. Burada sərvətlərimizə sahib çıxmaq üçün dinc mübarizə aparırıq. Tələblərimiz təmin olunana qədər mübarizəmizi davam etdirəcəyik”.

Təşkilatın xanım könüllüsü Lalə İbrahimli də böyük ruh yüksəkliyi ilə aksiyada iştirak etdiyini deyir. Bir neçə könüllü dostları ilə Lənkəran rayonundan aksiyaya qoşulduğunu söyləyir: “Artıq bir aydır Azərbaycan gəncliyi böyük əzm və iradə göstərərək, sərvətlərimizin qanunsuz istismarına yox demək üçün birlik nümayiş etdirir. İlk gündən tələblərimiz dəyişməyib, biz qanunsuz istismara qarşıyıq, biz monitorinq keçirilməsinə şərait yaradılmasını istəyirik. Laçın-Xankəndi yolunu bağlamağımızla əlaqədar yayılan xəbərlər əlbəttə ki, dezinformasiyadır. Hər gün təchizat avtomobillərinin keçidi tam təhlükəsiz təmin edilir və media vasitəsilə mütəmadi olaraq işıqlandırılır. Gecədən qar yağır, burda çox gözəl mənzərə var. Soyuq hava bizi mübarizəmizdən döndərə bilməz, əksinə çətin hava şəraitində daha böyük inamla məqsədə doğru irəliləyirik. Bütün dünya görsün ki, tələblərimiz təmin edilməyənə qədər geri çəkilməyəcəyik”.

Aksiyanın digər fəalı Aydan Abbasova da üç gündür aksiyaya qoşulduğunu qeyd edir. Xanım könüllü Qarabağda ekoloji təxribata qarşı olduğunu bildirərək, buranın yeraltı və yerüstü sərvətlərinin Azərbaycana məxsus olduğunu vurğulayır: “Bizim bir məqsədimiz var - istismarı, talanı dayandırmaq. Arxamızda Azərbaycan cəmiyyəti dayanır. Ümid edirəm ki, biz bu gücdən istifadə edib məqsədimizə çatacağıq. Nə qədər lazımdırsa, mübarizəmizi davam etdirəcəyik. İstər hava şaxtalı olsun, istərsə də mülayim biz bütün hallarda sərvətlərimizin keşiyində dayanacağıq”.

Xalqın yenilməz ruhlu övladlarının mübarizəsi

Aksiyanın qarlı-qışlı mənzərəsi həm daxildə, həm də ətrafda xoş ovqat yaradıb. Burada əsl azərbaycanlı ruhunu hiss etməmək mümkünsüzdür. Azərbaycan gəncliyi bir aydır gecə-gündüz demədən milli həmrəylik nümayiş etdirərək, xalqa məxsus sərvətlərin necə qoruna biləcəyini Laçın-Xankəndi yolundan dünyaya bəyan edir. Burada mübarizənin önündə gedənlər xalqın yenilməz ruhlu övladlarıdır. Onlar hər zaman iradəli, məğrur, əzmli, ümidli və məqsədlidirlər. Şuşa və Xankəndinin əzəmətli qayalarının sinəsindəki məğrurluq onların güc mənbəyidir. Aksiya iştirakçıları nə qədər qətiyyətli olsalar da, humanizm prinsipinə də sadiqdirlər. Odur ki, dinc etirazlar başladığı gündən ərazi humanitar məqsədlər üçün açıq saxlanılır. Bu vaxtadək istər Rusiya sülhməramlılarına aid təminat avtomobillərinin, istər Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin, istərsə də mülki ermənilərin ərazidən keçidinə maneə yaradılmayıb. Ermənistan isə dünyaya heç də siyasi məqsəd daşımayan bu ekoloji, dinc aksiyanı humanitar fəlakət kimi yaymaqla məşğul olur. Ancaq Azərbaycan digər məsələlərdə olduğu kimi, bu məsələdə də Ermənistanın avantürist iddialarını, böhtan xarakterli açıqlamalarını alt-üst edir. Qarabağ bölgəsində baş verə biləcək hər hansı hadisəyə münasibət bildirmək, adekvat tədbirlər görmək Azərbaycanın suveren hüququdur. Hətta bu bölgədə yaşayan bütün erməni sakinlərin hüquq və təhlükəsizliyi məsələsi də Azərbaycanın daxili işidir. Buna görə də, Ermənistanın Azərbaycanı ittiham etməsi əsassızdır, bu barədə danışmağa haqqı çatmır. Qarşı tərəf həmişə iflasa uğrayan ənənəsindən əl çəkməlidir.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

Foto: Aydın Məmmədov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb