Laçında avtomobil aşıb, ölənlər var VİDEO
Laçın, 26 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Laçın rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qarakeçdi kəndində qeydə alınıb. Mahir Abdullayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü, Şəhla Novruzova və Xədicə Novruzova hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.