Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında böyük uğurlara yol açacaq mərhələnin əsası qoyuldu – Məqalə

Laçında böyük uğurlara yol açacaq mərhələnin əsası qoyuldu – Məqalə

Şamaxı, 30 may, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Şamaxı ziyalısı, jurnalist Könül Məmmədovanın Müstəqillik Günündə Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşündən bəhs edən məqaləsini təqdim edirik.

Bu gün Vətən torpağının hər bir guşəndə arzularımız boy göstərir. Uzun illər ayrı düşdüyümüz əzəli yurd yerlərimizin eyni açıldıqca, bizim də könlümüzün qubarı yaz qarı kimi əriyib dağların yaxasında, dərələrin dərinliyində görünməz olur. Qarabağa uzanan yollarımıza quşqonmaz qayaların başı üzərinə qaldırdığımız ay-ulduzlu bayrağımız bələdçilik edir. O bayraq ki, hələ XX əsrin əvvəllərində babalarımız Vətən torpaqlarının azad, müstəqil olması üçün özlərinə "yol yoldaşı", "ruh qardaşı" bilmişdilər. Uğrunda can verdiyimiz bu ay-ulduzlu bayrağı başları üzərinə qaldırıb, əminliklə söyləmişdilər ki, "Bir kərə yüksələn bayraq, bir daha enməz!".

1918-ci ildə azadlığını qazanıb müstəqilliyinə qovuşan, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman sonra süqut etsə də, üçrəngli bayrağımızın ürəklərdə yaratdığı azadlıq arzusu, müstəqillik sevdası qəlblərimizdən əsla qopmadı.

Xalqımız ötən əsrin sonlarında müstəqilliyini bərpa edəndə onu qorumaq, yaşatmaq üçün ağır sınaqlarla üz-üzə qaldı. Yalnız Ulu Öndər Heydər Əliyev ölkəmizi düşdüyü fəlakətli vəziyyətdən xilas etdi. Ümummilli Lider qısa müddətdə xalqın inamını özünə qaytardı, ən müasir silahlarla təchiz edilmiş, yüksək döyüş ruhuna malik, vətənpərvər hərbçilərdən ibarət ordunun yaradılması üçün mühüm addımlar atdı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz döyüşlərin ilk anından düşmənə sarsıdıcı zərbələr endirdi. Ərazi bütövlümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda gedən savaşda hər qarış torpaq igidlərimizin döyüşkən ruhunun, yenilməz hünərinin meydanına döndü. Bu meydanda qazanılan Böyük Zəfər xalqımızın birliyinin, həmrəyliyinin təntənəsi idi. Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti nəticəsində ordumuz düşmənə elə ilk günlərdə sarsıdıcı zərbələr vuraraq, onların "keçilməz sədləri" mifini qısa zamanda darmadağın etdi.

44 günlük Vətən müharibəsində keçdiyimiz çətin sınaq dövründə iki qardaş xalqın - Türkiyə və Pakistan xalqlarının göstərdiyi siyasi və mənəvi köməyi hər bir azərbaycanlı bu gün də böyük minnətdarlıqla xatırlayır.

İndi Azərbaycan xalqı yeni reallıqlar mühitində inamla və qürurla irəliləyir. Prezident İlham Əliyev müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirmək üçün mühüm addımlar atır. İşğaldan azad olunmuş ərazilərimizdə artıq yeni həyat başlayıb.

Müstəqillik Günü ərəfəsində dövlət başçısının Laçın rayonuna səfəri mühüm hadisələrlə yadda qaldı. Bərpa-quruculuq işlərinin miqyasını nümayiş etdirən tədbirləri televiziya ekranlarından izlədikcə hər bir azərbaycanlının qəlbi fərəh hissi ilə doldu. Məsələn, 28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı dövlətimizin gücünün, iradəsinin və strateji baxışının bariz ifadəsi idi. Çətin relyefə malik ərazidə bu hava limanını Qayıdışın, İnkişafın və Suverenliyin rəmzi kimi də dəyərləndirmək olar.

Laçın hava limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak etdilər. Şahbaz Şərif dedi ki, Pakistan, Türkiyə və Azərbaycan - bu gün üç ruh bir qəlbdədir. Rəcəb Tayyib Ərdoğan bu fikri daha da möhkəmləndirdi: "İndi buradakı tabloda 3 dövlət, tək millət var”.

Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan liderlərinin Zirvə görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə idi. Müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlıq üç qardaş ölkənin tərəfdaşlığının önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Dövlətimizin başçısı xüsusi vurğulayıb ki, bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir. Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkənin əməkdaşlığı ildən-ilə, gündən-günə güclənir. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Beləliklə, qardaş ölkə liderlərinin ölkəmizə səfəri münasibətlərimizin sarsılmaz olduğunu göstərməklə yanaşı, daha böyük uğurlara yol açacaq mərhələnin əsasını qoydu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir