Laçında növbəti əmək yarmarkası keçiriləcək
Bakı, 21 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialı əmək yarmarkası keçirəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarmarka fevralın 25-də saat 12:00-dan 13:00-a kimi filialın Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi 138) təşkil olunacaq.
Yarmarkada müxtəlif sahələr üzrə vakansiyalar təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:57]
Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO
- 30.09.2026 [17:28]