Latın Amerikasında koronavirusdan ölüm hallarının sayı artıb
Vaşinqton, 6 iyul, AZƏRTAC
Latın Amerikasında koronavirusa yoluxma hallarının sayı artmaqdadır. Braziliya, Meksika və Peru dünyada koronavirusdan ölüm hallarının daha çox qeydə alındığı on ölkə sırasındadır.
AZƏRTAC xəbər verir ki, virusdan ölənlərin sayına görə Braziliya yalnız Birləşmiş Ştatları özündən irəli buraxıb. Rəsmi məlumatlara görə, son 3 ayda 64.365 nəfər koronavirusun qurbanına çevrilib. Şənbə günü Meksika Fransanı özündən arxada qoyaraq beşinci yerə yüksəlib. Meksikada virusdan ölənlərin sayı 30.366 nəfər təşkil edir. Bu, dünyada virusun ən sürətlə yayılma göstəricisidir. Beləliklə, son iki həftə ərzində Meksikada ölənlərin rəsmi sayı təqribən 10.000 nəfər artıb. Hazırda Peru dünyada koronavirusdan ölənlərin sayına görə 10-cu yeri tutur.
Koronavirusdan bütün dünya üzrə ölənlərin sayının (536.392 nəfər) 19,6 faizi bu üç ölkənin payına düşür. Bu arada Birləşmiş Ştatlar insanların Meksika və Kanada sərhədlərindən buraxılmasına qoyulan məhdudiyyətin müddətini iyulun 21-dək uzadıb.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]