Latviya universitetlərinə təqaüd proqramına elektron sənəd qəbulu aparılır
Bakı, 21 fevral, AZƏRTAC
Latviya Respublikasının ali təhsil müəssisələrində 2024-2025-ci tədris ili üçün bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramına elektron sənəd qəbulu portal.edu.az platformasında aparılır.
Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən AZƏRTAC-a bildirilib ki, müraciətlər aprelin 1-dək qəbul olunacaq.
Təqaüd proqramına müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron xidməti üzrə ərizə təqdim etməlidirlər. Azərbaycan Respublikası vətəndaşları təqaüd proqramına portal.edu.az platformasında “Hökümətlərarası Təqaüd Proqramı və Dövlət Proqramları çərçivəsində xaricdə təhsil xidməti” üzrə elektron müraciət yerləşdirirlər.
Müraciətçilər müraciətlərinin statusu, irəliləyişi, nəticələri və yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən portal.edu.az platformasında “Şəxsi kabinet”ləri vasitəsilə əldə edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
- 12.10.2026 [16:17]
Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər
- 12.10.2026 [16:10]