LƏNKƏRAN ŞƏHƏR BƏLƏDİYYƏSİ 2005-Cİ İLİN LAUREATLARINI MÜKAFATLANDIRMIŞDIR
Şair Tərlan Əbilov respublika mətbuatında dərc olunmuş şeirlərinə və “Yaşıl işıqda bitən yol” kitabına, heykəltaraş Məmmədsadıq Axundov Lənkəran şəhərinin mərkəzi meydanında ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin monumental abidəsinə, rəssam Adil Əsədli “Lənkəran mənzərələri” silsilə rəsm əsərlərinə, gənc idmançı Əlizamin Cəfərli məktəblilər arasında idmanın şahmat növü üzrə keçirilən birinci Dünya çempionatında qalib adını qazandığına görə yerli özünüidarəetmə orqanının təsis etdiyi mükafatlara sahib olmuşlar.
Mərasimdə Lənkəran şəhər bələdiyyəsinin sədri Eldar Hüseynov çıxış edərək həmyerlilərini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik etmiş, mükafatları ilin laureatlarına təqdim etmişdir.