Lənkəranda baş verən qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Lənkəran, 29 fevral, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaca çırpılıb. Qəza nəticəsində sürücü ölüb. İki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:08]
Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar
- 13.10.2026 [11:43]
Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb
- 13.10.2026 [11:06]
Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb
- 13.10.2026 [10:17]
Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular
- 12.10.2026 [20:44]