LƏNKƏRANDA ƏHALİYƏ GÖSTƏRİLƏN POÇTVƏ RABİTƏ XİDMƏTİNİN SƏVİYYƏSİ YÜKSƏLİR
AZƏRTAC xəbər verir ki, 2005-ci ilin proqnoz tapşırıqlarını 20,7 faiz artımla başa vuran Lənkəran poçtamtının işçiləri əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltmək üçün ardıcıl tədbirlər həyata keçirirlər.
Ötən il rayonda 8 yeni poçt binası tikilib istifadəyə verilmiş, şəhərdəki 2 və 4 nömrəli poçt binaları kompyuterlərlə təmin olunmuşdur.
Cari ildə Nərimanabad qəsəbəsi, Aşağı Nüvədi, Kənarmeşə, Kərgəlan və Gəgiran kəndlərində də yeni poçt binaları tikilməsi nəzərdə tutulmuşdur.