Lənkəranda meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib
Lənkəran, 24 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 24-də Lənkəran Şəhər Mədəniyyət Mərkəzində keçirilən seminar-müşavirədə “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi meşə əraziləri ilə həmsərhəd olan kəndlərin ərazi icra nümayəndəliklərinin və bələdiyyə əməkdaşlarının, digər aidiyyəti qurumların Nazirliyin müvafiq qurumları və 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə yaxından əməkdaşlığını təmin etməkdir.
Seminar-müşavirədə 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rəfayıl Tahirovun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin direktoru Sarvan Rəsulovun, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarət İdarəsinin böyük inspektoru, daxili xidmət mayoru Bəhruz Nəbizadənin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktor müavini Ayaz Əliyevin mövzu ilə bağlı məruzələri dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [13:51]
Ucar Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub
- 21.05.2026 [13:00]
WUF13: Xarici media nümayəndələri Şamaxıda səfərdədir
- 21.05.2026 [12:23]
Naxçıvanda “Sağlam şəhər turu” aksiyası
- 20.05.2026 [20:04]
Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib
- 20.05.2026 [19:01]
Quba-Xaçmaz bölgəsində meyvə bağlarında monitorinqlərə başlanılıb
- 20.05.2026 [18:23]
AXA sədri Sabirabadda aprobasiya prosesi ilə tanış olub
- 20.05.2026 [18:12]
Şəmkir rayonunda çay məcraları və suvarma kanalları lildən təmizlənir
- 20.05.2026 [17:24]