Lənkəranda “Natiqlik məktəbi” layihəsi çərçivəsində ikinci təlim sessiyası keçirilmişdir
Lənkəran, 5 noyabr (AZƏRTAC). Lənkəran şəhərində “Natiqlik məktəbi” layihəsi çərçivəsində “Kəşf olunan innovativ və kreativ gənclik” mövzusunda ikinci təlim sessiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə gənc natiqlər “Neft strategiyası-iqtisadi təkan”, “Sərbəstlik”, “Sağlam karyera və yollar”, “Xoşbəxtlik iksiri”, “Müasir demokratiya anlayışı”, “Təhsil və gələcək”, “Könüllülük”, “Faydalılıq prinsipləri” mövzularında çıxışlar etmişlər.
Layihənin rəhbəri Samir Salayev bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd regionda yaşayan gənclərdə natiqlik bacarığını inkişaf etdirmək, öz fikrini sərbəst və məntiqli ifadə edə bilən gənc nəsil formalaşdırmaqdır.
Layihə çərçivəsində nəzərdə tutulan növbəti üç sessiyada da gənclər auditoriya qarşısında natiqlik qabiliyyətlərini nümayiş etdiriləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]