LƏNKƏRANDA QANVERMƏ AKSİYASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə hər il məhərrəmlik günlərində keçirilən qanvermə aksiyalarında lənkəranlılar fəal iştirak edirlər.
Qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə rayon mərkəzi xəstəxanasında keçirilən builki aksiyaya yüzlərlə sakin qoşulmuşdur.