LƏNKƏRANDA “QUŞ QRİPİ”NƏ QARŞI MÜBARİZƏ İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Tədbirdə zona baytarlıq laboratoriyasının, rayon baytarlıq idarəsinin, səhiyyə şöbəsinin, gigiyena və epidemiologiya mərkəzinin rəhbərlərinin mövcud vəziyyətlə əlaqədar məlumatları dinlənilmişdir.
Çıxış edənlər bildirmişlər ki, Lənkəranda “Quş qripi” xəstəliyi müşahidə olunmasa da, rayonun ərazisində çöl quşlarının ovlanmasına və satışına, ev quşlarının həkim müayinəsi olmadan diri və ya kəsilmiş vəziyyətdə satışına qoyulan qadağalara nəzarət gücləndirilməli, əhali arasında profilaktik və maarifləndirici tədbirlər həyata keçirilməli, quşçuluq təsərrüfatlarında və həyətlərdə sanitariya norma və qaydalarına ciddi riayət olunmalı, tibb müəssisələrində əksepidemik müalicənin həyata keçirilməsi üçün təxirəsalınmaz tədbirlər görülməlidir.
Müzakirə olunan məsələ ilə bağlı rayonun əlaqədar orqanlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.