Lənkəranda reyd zamanı qanunsuz oduncaq daşındığı aşkar olunmuşdur
Bakı, 14 iyun (AZƏRTAC). Yerli meşə materiallarının qanunsuz daşınmasının qarşısını almaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları tərəfindən xidməti ərazidə reyd keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, reyd zamanı Lənkəran rayonunun Girdəni kəndi ərazisində ZİL-130 markalı, 10-NV-268 dövlət nömrə nişanlı avtomaşında oduncaq aparıldığı aşkar olunmuşdur.
Araşdırma zamanı rayonun İstisu qəsəbəsinin sakini Sultan Abdullayev maşındakı oduncağın ona məxsus olduğunu bildirmiş, lakin yükə dair heç bir sənəd (meşə buraxılışı orderi) təqdim etməmişdir.
Qanunsuz əldə edilmiş oduncağın Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təhvil verilməsi tələb olunduqda Sultan Abdullayev bilərəkdən mübahisə yaratmış və şöbənin əməkdaşına qarşı fiziki zor tətbiq edərək ona bədən xəsarəti yetirmişdir. Bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və təcili yardım məntəqəsinə məlumat verilmiş, xəsarət almış əməkdaş Lənkəran Rayon Diaqnostika Mərkəzinə aparılmışdır.
Faktla bağlı akt tərtib olunaraq 1439,94 manat ziyan dəyərində 7,43 kubmetr həcmində, 55 santimetr uzunluğunda 95 ədəd palıd cinsli işlik materialı Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təhvil verilmişdir.
Faktla əlaqədar Lənkəran Rayon Polis Şöbəsində təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [20:00]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:28]
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
- 14.06.2026 [19:17]
Zelenski ilə Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [19:12]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [19:10]