LƏNKƏRANDA «SAHİBKARLARIN MƏŞĞULLUQ XİDMƏTİNDƏ VƏ SOSİAL TƏRƏFDAŞLIQDA ROLU» MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev İdarəçilik Universitetində «Sahibkarların məşğulluq xidmətində və sosial tərəfdaşlıqda rolu» mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov çıxış edərək Azərbaycan Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)»nın icrası istiqamətində qarşıda duran vəzifələrdən danışmış, bu məqsədlə icra hakimiyyətində xüsusi komissiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.
Dəyirmi masada çıxış edənlər yerli sahibkarlarla məşğulluq xidmətinin qarşılıqlı əlaqələrindən danışmış, bu sahədə mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.