LƏNKƏRANDA SEÇKİLƏRƏ HAZIRLIQ İŞLƏRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran rayonunda oktyabrın 15-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri başa çatmışdır.
Seçkilərin azad, demokratik və şəffaf keçirilməsini təmin etmək məqsədi ilə rayonda fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarında Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq, hazırlanmış təqvim planında nəzərdə tutulmuş tədbirlər ardıcıl həyata keçirilir.
73 saylı Lənkəran şəhər seçki dairəsi dairə seçki komissiyasının təzə binasında bütün otaqlar kompyuter, telefon xətti, təzə mebel və avadanlıqla təmin edilmişdir. Seçki dairəsinin ərazisində yerləşən 27 seçki məntəqəsinin hamısında komissiya üzvlərinin səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılmışdır.
74 saylı Lənkəran kənd seçki dairəsi dairə seçki komissiyasının tərkibində 36 seçki mənqəsi fəaliyyət göstərir. Seçki məntəqələrində seçici siyahıları dürüstləşdirilir. İndiyədək dairə üzrə 31 min 500-dən yuxarı seçici qeydiyyata alınmışdır.
75 saylı Lənkəran-Masallı seçki dairəsinin ərazisində yerləşən 40 məntəqədə seçkilərə hazırlıq işləri yüksək səviyyədə təşkil edilmişdir. Burada 41 min 200 seçici siyahıya daxil edilmişdir.
76 saylı Lənkəran-Astara seçki dairəsi dairə seçki komissiyası üçün təzə bina inşa edilmişdir. Dairənin əhatə etdiyi seçki məntəqələrində seçkilərin azad və demokratik şəraitdə keçməsi üçün hər cür şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]