Lənkəranda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir
Lənkəran, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Lənkəran şəhərindəki azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, səhər saatlarından başlayaraq şəhər icra hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər abidənin önünə əklillər və gül dəstələri düzərək soyqırımı qurbanlarına ehtiramlarını ifadə etmişlər.
Həmin gün Lənkəran Dövlət Universitetində, rayonun orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilmiş, idarə, müəssisə və təşkilatlarda, qəsəbə və kəndlərdə anma mərasimləri, xatirə gecələri keçirilmiş, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]